Laçın yolunun dəhliz statusunda açılması Qarabağın itirilməsi deməkdir...

16-09-2023, 08:16           
Laçın yolunun dəhliz statusunda açılması Qarabağın itirilməsi deməkdir...
ABŞ Dövlət Departamenti bəyan edib ki, Laçın yolu həmən dəhliz statusunda açılmalıdır. Yəni Amerika Azərbaycana deyir ki, erməni separatçıları qarşısında ağ bayraq qaldır.
Laçın yolunun dəhliz statusunda açılmasını bir anlıq təsəvvür edin. Nə baş verir? Qarabağ erməniləri Ermənistana maneəsiz gedib gəlirlər. Ermənistandan qaz, işıq, internet xətti alırlar. Ərzaq və dərman təminatı da İrəvandan gəlir. Faktiki Qarabağdakı ermənilər müstəqillik qazanırlar. Belə bir vəziyyətdə Qarabağ erməniləri Azərbaycanla re-inteqrasiyaya hər hansı maraq göstərərmi? Təbii ki, yox. Heç Azərbaycanla danışmaq belə istəməzyəcəklər. Niyə və nəyi danışsınlar ki?
Maraqlıdır, nədən ABŞ Dövlət Departamenti Qarabağ ermənilərinə demir ki, ərazinizdə olan 10 min silahlı banditi tərk-silah edin və Azərbaycana re-inteqrasiya prosesinə başlayın.
Ona görə də bütün dünya yığışsa da Laçın yolunu dəhliz statusunda açmaq olmaz. Bu yolun dəhliz statusunda açılması Qarabağın itirilməsi deməkdir...
Elbeyi Hesenli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru