Xəmir yeməkləri sevənləri gözləyən 2 xəstəlik

16-09-2023, 13:08           
Xəmir yeməkləri sevənləri gözləyən 2 xəstəlik
İçlikli xəmir yeməkləri – mantı, pelmeni, bizdə düşbərə, xəngəl orqanizmdə bir sıra problemlərə səbəb olur.

“Medicina” xəbər verir ki, cərrah Aleksandr Umnov xəmir xörəklərini aşırı istifadə edənlərdə hormonal pozulma olduğunu bildirib.


“Bu qidalar çox kalorilidir, maddələr mübadiləsini tez pozur, ürək, damar problemləri, kişilərdə cinsi disfunksiya yarada bilir.
Onlar qlüten mənbəyidir, çox insanlarda daxili iltihabi prosesləri artırır. Digər təhlükəsi yarımfabrikatlarında çox duz və soyanın olmasıdır.

Ətin farşına bol olması üçün soya əlavə edilir. Soyada izoflavonlar var, onlar bədəndə estrogenlərin hasilini artırır. Nəticədə daha çox kişilərdə hormonal problem, piylənmə, ürək-damar problemləri yaranır.

Eləcə də damarlarda xolesterin tıxanmaları yaradır.

Ona görə hər insana belə yeməklər uyğun deyil, ümumiyyətlə, bu xörəkləri ildə cəmi bir neçə dəfə yemək olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru