Rusiyada boşanmaların sayı sürətlə artır

18-09-2023, 13:27           
Rusiyada boşanmaların sayı sürətlə artır
Rusiyada boşanmaların sayı ardıcıl üç ildir ki, artır.

2020-ci ildə 564 033, 2021-ci ildə isə artıq 644 207 cütlük boşanıb. Ötən 2022-ci ildə 683 111 ailə boşanmaq qərarına gəlib.

Amma 2023-cü il bu rekordu qıra bilər. Belə ki, ilk 7 ayda təxminən 400 min boşanma qeydə alınıb.

Bu barədə Rosstat rəsmi məlumat yayıb.
Sorğulara əsasən, rusiyalıların 33%-i yoxsulluq, 15%-i qarşılıqlı anlaşmanın olmaması, 14%-i isə xəyanət və qısqanclıq ucbatından boşanır.

Mənbə: kp.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru