Bövün yeni növü aşkar edildi

22-09-2023, 15:34           
Bövün yeni növü aşkar edildi
Alimlər Taylandın cənubunda yeni mavi böv növü aşkar ediblər.

Bu barədə “Miami Herald” qəzeti məlumat yayıb.

Araxnoloqlar Phanq Nqa əyalətinin manqrov meşələrində yaşayan bövləri öyrənərkən təsadüfən yeni bir növ kəşf ediblər.

“Chilobrachys natanicharum” adlandırılan hörümçəklər ayaqlarındakı tüklərin parlaq mavi-bənövşəyi rəngdə olması ilə digər bövlərdən fərqlənirlər. Alimlərin dediyinə görə, onların rəngi elektrik qığılcımlarını xatırladır.
Bu növə əvvəllər kommersiya ticarətində “elektrik mavi böv” adı ilə rast gəlinirdi, lakin ilk dəfədir ki, o, təbiətdə tapılıb öyrənilir. Alimlər bu bövlərin Taylandın cənub hissəsində geniş yayıldığını ehtimal edirlər.

Yeni növ hörümçəklərin erkəkləri beş santimetr ölçüyə çatır, dişilər isə 6,5 santimetrə qədər böyüyür. Onların bədəni qəhvəyiyə çalan rəngli tüklə örtülüb. Üstəlik, dişilərdə və gənc hörümçəklərdə bənövşəyi və boz tüklərə təkcə ayaqlarda deyil, həm də bədənin digər hissələrində rast gəlinir.

Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.