Tarif Şurasının yeni qərarı dərmanların qiymətinə təsir edib? VİDEO

25-09-2023, 11:08           
Tarif Şurasının yeni qərarı dərmanların qiymətinə təsir edib? VİDEO
Bu günlərdə Tarif Şurasının qərarı ilə dərmanların qiymətlərinin yuxarı həddi təsdiq olundu.

Bunula dərmanların təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satılacağı bildirilirdi.

Amma qərardan təxminən bir həftə ötməsinə baxmayaraq icrası reallaşmır. Çünki nə alıcılar bu ucuzluğu hiss edir, nə də satıcılar. Bəs bunun səbəbi nədir?

TEREF.AZ yazır ki, Xezerxeber.az-ın məlumatına görə, apteklər də təsdiq edirlər ki, Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddi təsdiq edilib. Lakin qiymətlərdə ucuzlaşma müşahidə edilmir.

İqtisadiyyat Nazirliyindən isə “Xəzər Xəbər”in sorğusuna cavab olaraq birldirildi ki, Tarif Şurasının bu qərarı qiymətlərin ucuzlaşacağına dəlalət etmir.

Bu qərar qəbul olunanadək də dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri vahid qiymətə satılırdı.

İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Teref.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru