DYP cərimə borcları ilə bağlı endirim vədi verən reklamlara görə müraciət edib - VİDEO

27-09-2023, 08:47           
DYP cərimə borcları ilə bağlı endirim vədi verən reklamlara görə müraciət edib - VİDEO
Sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur.

Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir.

Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır.

Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Elvin Hacıyev bildirib ki, “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” səhifəsi ABŞ-də yaradılıb və vətəndaşlar belə vədlərə inanmasınlar.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, cərimələr tez ödənildiyi halda 10 faiz endirim təbiq olunur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru