Dünyanın ən yaşlı qadını adına namizəd braziliyalı uzunömürlülüyün sirrini açıqladı - FOTO

28-09-2023, 13:58           
Dünyanın ən yaşlı qadını adına namizəd braziliyalı uzunömürlülüyün sirrini açıqladı - FOTO
117 yaşını qeyd edən braziliyalı Sisera Maria dos Santos uzun ömür sürməyin sirrini paylaşıb. Ailəsi onun dünyanın ən yaşlı qadını kimi tanınması üçün “Ginnesin Rekordlar Kitabı”na ərizə təqdim edib.

Əgər qadının doğum tarixi düzgündürsə, o, hazırkı rekordçu - ispaniyalı 116 yaşlı Maria Branas Moreradan bir yaş böyükdür.

Sentyabrın 23-də braziliyalı 107 yaşlı bacısı, uşaqları və nəvələri ilə birlikdə ad gününü qeyd edib. Qadın bayram şərəfinə uzunömürlülüyünün sirlərini açıqlayıb. Onun sözlərinə görə, tanrıya iman onun qocalığını yaşamasına və bütün çətinliklərdən keçməsinə kömək edib.

“Tanrı hamımızı qorusun. Tanrıdan başqa kim edə bilər? Hər şey tanrıdır”, - deyə o bildirib.

Bacısı Cozefa isə uzun ömür sürməsinin səbəbi kimi düzgün qidalanmalarını göstərib və bildirib ki, yeməkdə lobya, qarğıdalı, manok, kartof kimi tərəvəzlərdən çox istifadə edirlər.
Sisera Maria dos Santos 1906-cı ildə anadan olub. Özü və ailəsi fermer olan braziliyalı bütün ömrünü Paraiba şəhəri yaxınlığındakı kəndlərdə keçirib və həyatının çox hissəsində yerli bazarda toyuq satıb.



Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru