Laçın postunda saxlanılan Melkumyan haqda maraqlı faktlar: - Ləqəbi niyə “Çolka” olub?

3-10-2023, 15:34           
Laçın postunda saxlanılan Melkumyan haqda maraqlı faktlar: - Ləqəbi niyə “Çolka” olub?
Xəbər verdiyimiz kimi, qondarma “Dağlıq Qarabağ Respublikasının” Milli Təhlükəsizlik Xidmətinin direktoru Ararat Melkumyan Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

TEREF.AZ “Yeni Sabah”a istinadla bildirir ki, Melkumyan bu ilin yanvarında sözügedən “vəzifəyə” təyin edilmişdi.

O qondarma respublikanın ovaxtkı rəhbəri Arayik Arutyunyanın yaxın dostu idi.

Həmin vaxta kimi Ararat Melkumyan separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurası” katibinin müavini vəzifəsini daşıyırdı.

"General-mayor" rütbəsi daşıyan Ararat Melkumyan Qarabağ erməniləri arasında “Çolka” ləqəbi ilə tanınır. Saç düzümünə görə "Çolka" ləqəbi almış Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində anadan olub. Ararat Melkumyan separatçılar arasında nüfuzlu hərbçilərdən sayılırdı.

Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərəkata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.

Ararat Melkumyan ötən il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbaycana qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.

Melkumyana qondarma “Artsaxın milli qəhrəmanı” adı da verilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.