Bu kimi miflər Ermənistanı və erməni xalqını yaman günə qoydu...

4-10-2023, 09:54           
Bu kimi miflər Ermənistanı və erməni xalqını yaman günə qoydu...
Ermənilərə qalib gəlmək olmaz
“Ermənilər nağara və ərikdən düzəldikləri alətlərinin sədaları altında bir-birinin əlindən tutub çiyin-çiyinə söykənərək yeri tapdalayanda çox güman ki, mənim sarayımın sütunları toz-torpağa çevriləcək, ancaq yenə də ermənilərin qarşısını almaq mümkün olmayacaq”.
Yadınızdadırmı bu söhbət? Hə, 2020-ci il aprelin 14-də Araik Harutunyan qondarma Dağlıq Qarabağın prezidenti seçildi. O vaxt İlham Əliyev Qarabağdakı qondarma qurumu, elə Ermənistanı da Azərbaycan adından açıq şəkildə hədələdi. Qeyd etdi ki, Azərbaycan müharibə yolu ilə Qarabağda öz suveren hüququnu bərpa edə bilər. Buna cavab olaraq Araik Harutunyan guya Yuli Sezarın ermənilər haqqında dediyi bu fikri sitat kimi gətirərək vurğuladı ki, biz ermənilərlə hədə dilində danışmayın. I Qarabağ Müharibəsində olduğu kimi indi də sizi məğlub edəcəyik. Buna şübhəniz olmasın...
İndi Araik həbsxanada Yuli Sezarı bir də oxuyar və görər ki, bu kimi uydurmaların o kişiyə heç bir dəxli yoxdur...
Bilənlər bilir. Ermənilər bu kimi onlarla miflər quraşdırıblar. Məsələn, guya I Dara deyib ki, ermənilərə qalib gəlmək olmaz, onları yalnız parçalamaq olar.
Bu kimi miflər Ermənistanı və erməni xalqını yaman günə qoydu...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.