Separatçıların "prezident"i Samvel Şahramanyan kimdir? - Dosye

4-10-2023, 09:42           
Separatçıların "prezident"i Samvel Şahramanyan kimdir? - Dosye
Erməni mediası gecə saatlarında Samvel Şahramanyanın da həbs olunduğunu yazıb.

Bu barədə Ermənistanın "Hrapark" saytı məlumat yayıb. Məlumat Azərbaycan tərəfindən hələ ki, təsdiq edilməyib.

Teref.az musavat.com-a istinadla Samvel Şahramanyanın dosyesini təqdim edir:

Samvel Sergeyoviç Şahramanyan 1 dekabr 1978-ci ildə Xankəndidə doğulub. Ermənistan siyasətçisidir.

Şahramanyan 1996–1999-cu illərdə Qarabağda separatçı silahlı dəstələrdə xidmət edib. 1999–2008-ci illərdə Rusiyada xidmət göstərib.

Şahramanyan əvvəllər Rusiya tərəfindən silahlandırılan qondarma "DQR"-in milli təhlükəsizlik xidmətinin direktoru olub. Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri kimi xidmət göstərib.

O, 31 avqust 2023-cü ildən 10 sentyabr 2023-cü ilə qədər qondarma "DQR"-in keçmiş dövlət naziri olub.

10 sentyabr 2023-cü ildə Qarabağda qondarma "seçki"lərdə "prezident" "seçilib".

O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndi Pedaqoji İnstitutuna keçib və 1999-cu ildə oranı bitirib.

29 may 2020-ci ildə qondarma "sərəncam"la general-mayor rütbəsi alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru