Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? – RƏSMİ AÇIQLANDI

4-10-2023, 20:57           
Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? – RƏSMİ AÇIQLANDI
Sentyabrın 19-dan etibarən Azərbaycanda “Tiktok”a giriş məhdudlaşdırılıb.

Tribunainfo.az xəbər verir ki, artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib.

Yaranmış vəziyyət ölkəmizdə on minlərlə “Tiktok” istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etdik.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı qərarda hər hansı bir dəyişiklik yoxdur:

“Hazırda “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilən qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Azərbaycanda “Tiktok”a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb.

“Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə “TikTok” platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır”- deyə Pərdəşünas məlumatda qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru