Günəş və Yer atmosferi yaxından araşdırılacaq

5-10-2023, 09:07           
Günəş və Yer atmosferi yaxından araşdırılacaq
Oktyabrın 14-də Amerika səmasında görünəcək Günəş tutulması alimlərə Günəşi və Yer atmosferini daha yaxından araşdırmağa imkanı verəcək.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) məlumat yayıb.

Bildirilib ki, tutulma zamanı günəş işığının azalmasının Yerin atmosfer təbəqəsinə necə təsir etdiyi araşdırılacaq.

Vurğulanıb ki, həmin günəş tutulması alimlərə Günəşi və onun Yerlə qarşılıqlı əlaqəsini araşdırmaq imkanı verəcək.

Qeyd edək ki, növbəti həlqəvi Günəş tutulması 2046-cı ildə baş verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru