Balasanyanın hərbçimizlə Azərbaycan dilində danışması nə zaman çəkilib? – ŞOK DETAL – VİDEO

5-10-2023, 15:34           
Balasanyanın hərbçimizlə Azərbaycan dilində danışması nə zaman çəkilib? – ŞOK DETAL – VİDEO
Sosial mediada Qarabağdakı erməni separatçılarından olan Vitali Balasanyanın Azərbaycan dilində danışıq görüntüləri yayılıb. İndiki məqamda sözügedən videonun yayılması insanlarda sual doğrub.

Xatırladaq ki, bu görüş ötən ilin dekabrında başlayan 4 aydan çox davam edən azərbaycanlı ekoaktivistlərin aksiyası zamanı çəkilib. Həmim ərəfədə erməni mediası Azərbaycan tərəfi ilə Xocalıda görüşün keçirildiyini bildirmişdi. Qarabağ erməniləri tərəfdən kimin iştirak etdiyi açıqlanmamışdı.

Hətta bu görüşlərdən sonra qondarma rejim Balasanyanı və oğlunu həbs etmişdi.

Onun evində 40 dəqiqədən çox axtarış aparılmışdı.

Bir neçə nəfərin də saxlanıldığı bildirilmişdi.

O, xüsusilə irimiqyaslı çirkli pulların yuyulmasında ittiham olunurdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.