Ən aqressiv xərçəng növünün ilk əlaməti açıqlandı

6-10-2023, 11:08           
Ən aqressiv xərçəng növünün ilk əlaməti açıqlandı
Pankreas xərçəngi xərçəngin ən aqressiv növlərindən biri hesab olunur. O, tez inkişaf edir və müalicəsi çətindir.

Qaynarinfo xəbər verir ki, bu barədə onkoloq-cərrah İvan Karasev deyib.

Həkim əlavə edib ki, bu orqanın zəif işləməsi səbəbindən həzm və hormonal sistemlər pozulur.

Həkimin sözlərinə görə, xərçəngin varlığını ilkin mərhələdə müəyyən etmək çətindir, lakin orqanizmi diqqətdə saxlamaq vacibdir. Beləliklə, qarın nahiyəsində ağrının görünüşü sizi xəbərdar etməlidir. Mədəaltı vəzi xərçəngi zamanı ağrı arxaya yayıla bilir və insan uzandıqda güclənir. Daha bir simptom isə yeməkdən sonra pisləşmə ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru