Rusiya F-16-lar üçün sürpriz hazırlayır

6-10-2023, 12:18           
Rusiya F-16-lar üçün sürpriz hazırlayır
Rusiyanın elektron mübarizə sistemlərində F-16 qırıcılarının radar stansiyalarını tutmaq üçün parametrlər optimallaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.

“Hərbi əməliyyat zonasında istifadə edilən Rusiyanın elektron mübarizə sistemləri Qərb ölkələrinin Kiyevə tədarük etməyi planlaşdırdığı F-16 qırıcılarının radar stansiyalarını və bort avadanlıqlarını tutmaq üçün optimallaşdırılmış parametrlər əldə edəcək”, - mənbə bildirib.

Mənbə qeyd edib ki, F-16 qırıcılarının avionikasına dair əldə olunan məlumatlara əsasən, onları vurmaq Ukraynanın sovet istehsalı təyyarələrindən daha asan olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru