Qarabağdan qacan ermənilər Azərbaycanlıların intiqam alacaqlarından qorxurdular...

7-10-2023, 08:54           
Qarabağdan qacan ermənilər Azərbaycanlıların intiqam alacaqlarından qorxurdular...
“Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ ermənilərinə onların vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı verdiyi vədlərə baxmayaraq, bir çoxları Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşılıqlı etimadsızlıq və aşırı nifrətdən dolayı təqiblərdən qorxduqlarını dilə gətirib.
“Al Jazeera”nin Ermənistanda danışdığı bir neçə məcburi köçkün isə Azərbaycan tərəfindən qətliama məruz qalacaqlarını düşdüklərini bildirib”. “Al Jazeera” “Ethnic Armenians who fled Nagorno-Karabakh long for home, decry Azerbaijan” (Dağlıq Qarabağdan qaçan etnik ermənilər vətən həsrətinə görə Azərbaycanı ittiham edirlər) adlı geniş məqalədə belə deyilir.
Gördüyünüz kimi, Qarabağdan qaçan ermənilər açıq şəkildə bildirib ki, onlar Azərbaycanının kütləvi qətllər törədəcəyindən qorxurmuş. Bu, son dərəcə önəmli məqamdır və kütləvi köçün səbəbini açıq şəkildə ortaya qoyur. Bəs ermənilər Azərbaycanın onlara qarşı kütləvi qətllər törətməsindən niyə qorxurmuş? Çünki ermənilər məhz azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdi. Xüsusən I Qarabağ Müharibəsində mülki vətəndaşlarımız erməni faşizminin bütün eybəcərliyini görmüşdü. Xocalı qırğını isə erməni faşizminin şah əsəri kimi oratdadır. Şübhəsiz ki, Qarabağ erməniləri Xocalıda törədilmiş vəhşiliklərdən yaxşı xəbərdardır. Elə ona görə də Azərbaycan tərəfindən oxşar davranış gözləyirdilər. Ancaq Azərbaycan dövləti mülki insanlara qarşı son dərəcə humanist davrandı və 24 saatlıq müharibədə yalnız legitim hərbi obyektləri məhv etdi...
Əsas olan odur ki, ermənilər Qarabağı tərk edib. Aydındır ki, bir də heç vaxt ermənilər Qarabağda real söz sahibi olmayacaq. Ən önəmlisi də elə budur...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.