Azərbaycan Vardanyanı Paşinyanın xahişi ilə həbs edib?

7-10-2023, 00:12           
Azərbaycan Vardanyanı Paşinyanın xahişi ilə həbs edib?
Ermənistanın keçmiş müdafiə naziri Arshak Karapetyan bəyan edib ki, Ruben Vardanyan məhz Nikol Paşinyanın xahişi ilə Azərbaycan tərəfindən həbs olunub. Əlbəttə, bu ehtimalı istisna etmək olmaz. Ümumiyyətlə, Qarabağ ermənilərinin həbsdə olan liderləri, yəni Qarabağ klanıın Ermənistanda görünməsi Paşinyan hökuməti üçün yaxşı bir şey vəd etmir. Bu məsələ o qədər açıq və netdir ki, Vladimir Putin belə öz çıxışnda bu məqama toxundu: “Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək istəmirlər”...
Bu sırada Ruben Vardanyan xüsusi önəm daşıyır. Çünki o, Nikol Paşinyan iqtidarını yıxmaq gücündə olan yeganə lider kimi ortadadır. Heç şübhəsiz ki, Azərbaycan bu məqamdan məharətlə yararlanmalıdır. Mənim baxışıma görə, Nikol Paşinyan dirəşib Zəngəzur dəhlizini açmasa, Ruben Vardanyanı həbsdən buraxıb Ermənistanı qarışdırmaq lazımdır...
Təbii ki, Ruben Vardanyan Azərbaycan qarşısında müəyyən öhdəliklər götürdükdən sonra belə bir addım atıla bilər. Heç şübhəsiz ki, Rusiya da Zəngəzur dəhlizi məsələsində maraqlı tərəfdir. Ona görə də bu işdə, yəni Ruben Vardanyanın Azərbaycan qarşısında öhdəlik götürməsi məsələsində Rusiyanın da imkanlarından istifadə etmək lazımdır. Əlbəttə, bu mənim şəxsi fikrimdir. Bu məsələyə fərqli baxışlar ola bilər. Düşünürəm ki, Nikol Paşinyan geri çəkilməkdən imtina etsə, bu variant ciddi təzyiq vasitəsinə çevrilə bilər...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru