Lerikdə qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb

7-10-2023, 11:19           
Lerikdə qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb
Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının alınması istiqamətində Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində Lənkəran rayon sakini F.Əmirovun idarə etdiyi “Mercedes Sprinter” markalı yük avtomobili saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA - nın Cənub bürosuna verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin yük yerindən qanunsuz yolla əldə edilmiş işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Lerik rayonu ərazisində saxlanılan “Ural” və “Zil-131” markalı avtomobillərdən qanunsuz yolla əldə edilmiş 11m3 həcmində oduncaq aşkarlanıb.

Hazırda aşkarlanan faktlarla bağlı qanunamüvafiq qaydada tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı polis əməkdaşları tərəfində mübarizə tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru