Masallıda 12 yaşlı uşağa qarşı əxlaqsız hərəkət edən şəxsi kim himayə edir? - "Bu cinayətdir, yoxsa cüzi bir səhvdir?"
9-10-2023, 19:34

Masallı rayonu, Xırmandalı kənd sakini Tağıyev Heydər İbrahim oğlu tərəfindən "Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qarşılaşdığı problemlə əlaqədar saytımız vasitəsilə müvafiq qurumlara müraciət edir.
"Mən, Tağıyev Heydər İbrahim oğlu, bildirmək istəyirəm ki, 11.04.2023-cü ildə oğlum Tağıyev İbrahim Xırmandalı kənd əkin sahəsinə gələrək, bizim sahədə həmkəndlim Cəfərov Rafil Əbülfəz oğlu ilə rastlaşırlar. Rafil Cəfərov həmin vaxt "motosikl" idarə edirmiş. Oğlumdan hara getdiyini soruşur. Uşaq “ata-anamın yanına gedirəm”,- deyə cavab verir. R.Cəfərov İbrahimə deyir ki, mən səni aparım düşürüm.
Oğlum "motosikla" minərək, yola davam edirlər. Lakin Rafil öz çirkin hərəkətlərindən əl çəkməyərək, gizlin yerdə “motosikl”ı saxlayaraq, 12 yaşlı oğluma qarşı əxlaqsız hərəkətlər etmək, daha dəqiq desək, onu zorlamaq istəyərkən oğlum əlindən qaça bilir. Uşaq kanala gedən əkin tərəfə qaçaraq kanalın o tayında olan, əkin sahəsində öz əkinini becərən Ələddin kişinin yanına gəlib, ondan kömək istəyir. Həmin vaxt Ələddin kişinin yanında Zakir adlı başqa bir şəxs də olmuşdur. Ələddin kişi Zakirdən xahiş edib ki, İbrahimi təcili ata-anasının yanına çatdırsın.
Zakir kişi uşağı bizə təhvil verib getdikdən sonra, uşaq başına gələnləri mənə söylədi. Həmin vaxt DİN-in 102 xidmətini yığaraq məlumat verdim.
Biraz keçmədən Masallı Rayon Polis Şöbəsindən bir qrup polis işçisi sahəyə gedərək, Rafili tutub şöbəyə aparıblar. Onu Polis Şöbəsində bir gün saxladıqdan sonra buraxıblar.
Hadisə ilə bağlı Masallı Rayon Prokurorluğuna da məlumat vermişəm və Vəli Mustafayevin şəxsən qəbulunda olmuşam.
Vəli Mustafayev öz otağında bizim şikayəti dinlədi və burda ağır cinayətin olmadığını və “bu ərizəni sizə hansı səviyyəsiz yazdırıb”, - deyə soruşdu. Həmin vaxt sual verdim ki, Vəli müəllim, ağır cinayət nəyə deyirsiz? Bir daha nəzərinə çatdırdım ki, şahidlər də var. “Uşağın 12 yaşı var, nəzərə alın, bu gün mənim uşağıma oluna hərəkət başqa vaxt digərinin uşağına qarşı da edilər və daha betəri də olar”, - deyə bildirdim. Daha sonra yuxarı instansiyalara şikayət edəcəyimi bildirdim. O, “Burada böyük, ciddi bir şey yoxdur, buyur, hara istəyirsən şikayətini et”, - dedi. Daha sonra “önəmsizdir” qərarını verib.
Bu hadisə Vəli müəllimin, yaxud bir yaxınının da balasının başına gələ bilər. Nə qədr ki, belə cinayətkarları müdafiə edirlər, çox güman ki, belə iyrənc cinayətlər sona yetməyəcək.
Hörmətli redaksiya!
Rafilin valideynləri üzrxahlığa gəlib, amma mən bu üzrxahlığı qəbul edə bilmərəm. Videonu sizə göndərmişəm, orada da hər şey danışılıb. Xahiş edirəm, siz deyin, bu cinayətdir, yoxsa cüzi bir səhvdir?”
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//