Bakıda Qədəşov qardaşlarının cinayət işi: bir qadın öldü, biri yaralandı - TƏFƏRRÜAT

11-10-2023, 08:18           
Bakıda Qədəşov qardaşlarının cinayət işi: bir qadın öldü, biri yaralandı - TƏFƏRRÜAT
Bakıda qətldə təqsirləndirilən Nahid, Əziz, Cahid Qədəşovlarının cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayeva, 1962-ci ildə doğulan Tərlan Abdullayev, onun övladı 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb. Onlar ağır vəziyyətdə Sabunçu Xəstəxanasına yerləşdiriliblər. Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayevanın həyatını xilas etmək mümkün olmayıb.

İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Nahid Qədəşov ifadəsində, bacısı Ayselin təxminən 1 il əvvəl dayısı Tərlan Abdullayevin oğlu Rəhmanla ailə həyatı qurduğunu və birgə nikahdan bir uşaqları olduğunu bildirib. Onlar bir müddər mehriban yaşasalar da, son zamanlar aralarında münasibət pisləşib. Dayısı oğlu Rəhman bacısını incidib. Günlərlə evə gəlmədiyindən bacısı son vaxtlar tez-tez ata evində qalıb.

Nahiq Rəhmandan bu hərəkətləri barədə soruşduqda sonuncu cavanlıq etdiyini bildirib. Bacısının ailəsi dağılmasın deyə Rəhmanın hərəkətlərinə dözüb.

Avqustun 25-də yeznəsinin hərəkətlərinə aydınlıq gətirmək üçün anası Şəlalə ilə dayısı Tərlanın yaşadığı ünvana gediblər. O, Rəhmanın sərxoş olduğunu və onunla söhbətin mənasız olmasını düşünüb. Bu ərəfədə anası dayısı arvadı ilə evdən bayıra çıxıb. Ülkər Abdullayeva artıq Ayselin onlara lazım olmadığını söylədik də, oğlu da öz növbəsində anasnın dediklərini təsdiq edərək Ayseli daha istəmədiyini bildirib. Nahid Rəhmanla mübahisə edib əlbəyaxa olsalar da, bir-birilərinə xəsarət yetirməyiblər.

Axşam qardaşları Əziz və Cahidlə birlikdə yenidən dayısının evinə gediblər. Ora getməkdə məqsəd söhbət etmək və bacısının ata evinə qaytarılmasını araşdırmaq olub. İlk olaraq dayısına yaxınlaşıb salamlaşaraq hal-əhval tutub. Sonra kənarda çarpayıda əyləşən Rəhmana müraciət edib yaxın gəlməsini, həmçinin gedib anası Ülkəri çağırmasını bildirib.

Dayısı arvadı ilə nə işi olmasını soruşanda Nahid qadının ünvanına nalayiq ifadələr işlədib. Bu cavabından sonra dayısı ona yumruq atıb. Lakin o, zərbədən yayınıb və onu yerə yıxıb. Ülkər Abdullayeva əlində saxladığı küt alətlə üstünə gəldiyi zaman o, dayısının üzərindən durub cibindəki bıçağı çıxarıb və dayısı arvadının sinəsindən təpiklə vurub. Ardınca ara vermədən qadının bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib. Qardaşları Nahidi saxlamaq üçün ona tərəf gəldikdə o, dayısı və yeznəsinə də xəsarətlər yetirib.

Nahid Qədəşov bildirib ki, hadisə vaxtı qardaşları Əziz və Nahidin heç bir günahı olmayıb. Onlar yalnız dalaşanları ayırıblar.

Həyətdən çıxdığı zaman kiçik qardaşı Cahid ona bıçaqla vurulduğunu bildirib. Bu səbəbdən o, taksi çağırıb Əzizə Cahidi xəstəxanaya aparmasını tapşırıb. Nahid qana bulaşmış paltarlarını evdə dəyişib sonra isə bıçağı da götürərək polis bölməsinə gedib və törətdiyi cinayət barəsində məlumat verib.

İstintaq təqsirləndirilən şəxslərin əməllərini CM-nin 120.2.1 (bir qrup şəxs tərəfindən qsədən adam öldürmə),120.2.3 (ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar zərərçəkmişin özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 ( xüsus amansızlıqla qəsdən adam öldürmə) 29.120.2.1 ( bir qrup şəxs tərəfindən qəsdən adam öldüeməyə cəhd), 29.120.2.4 ( xüsusi amasızlıqla qəssən adam öldürəməyə cəhd) və 29.120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürəyə cəhd) maddələrinə tövsif edib.

Məhkəmə prosesində Nahid Qədəşov ittiham üzrə özünü təqsirli bilərək cinayəti tək törətdiyini vurğulayıb və qardaşlarının günahı olmadığını qeyd edib.

Əziz və Cahid Qədəşovlar ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Məhkəmə işdə qeyd olunan hallara qiymət verərək belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərin əməli CM-nin müvafiq maddələri ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilib.

Məhkəmə Nahid Qədəşovun cinayəti tək halda törətməsi Ülkər Abdulayevanın qətlə yetirilməsində Rəhman və Tərlan Abdullayevlərə bədən xəsarətləri yetirilməsində qardaşları Cahid və Əzizin iştirak etməmələri barədə verdiyi ifadələrinə qiymət verərək nəticəyə gəlib ki, həmin ifadələr işin hallarına uyğun gəlmir və öz məsuliyyətini yüngüləşdirməyə yönəlib.

Sonda məhkəmənin hökmü ilə Nahid və Əziz Qədəşovlar 18, yetkinlik yanışa çatmayan qardaşları Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru