Mehdiyevin 1 milyonluq "xeyir-duası" - Bank BTB niyə satılmadı?

12-10-2023, 00:10           
Mehdiyevin 1 milyonluq "xeyir-duası" -
Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu general Teymur Mehdiyevə məxsus Bank BTB-nın satışa çıxarılmasının detalları bəlli olub.
Teref.az bildirir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, əvvəlcə bankın satın alınması "yuxarılar"la razılaşdırılıb.
Daha sonra alqı-satqı ilə bağlı danışıqlar aparılıb. Əldə olunan razılaşmaya əsasən, Bank BTB-ni alan tərəf borcları da bağlanmaq şərtilə Ramiz Mehdiyevin oğluna 15 milyon manat ödəməli imiş.
Bu razılıqdan sonra Prezident Adminsitrasiyasının keçmiş rəhbəri məsələyə müdaxilə edib. O, Bank BTB-nı almaq üçün onun "xeyir-duasının alınmasına" ehtiyac olduğunu bildirib. Qeyd olunur ki, Ramiz Mehdiyev bankı almaq istəyən şəxsdən əlavə olaraq, 1 milyon manat tələb edib. Qarşı tərəf isə bununla razılaşmadığı üçün anlaşma pozulub.

Qeyd edək ki, dünən məsələ ilə bağlı həm Bank BTB-nin mətbuat xidməti, həm də Ramiz Mehdiyev açıqlama verib.
Bankdan bildiriblər ki, onun satılması ilə bağlı xəbəri əsassızdır.
Ramiz Mehdiyev isə bildirib ki, onun bankı yoxdur:
“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil".
Daha sonra isə o, bankın oğlunun adına olduğunu da təkzib edib:
“Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır. Bank satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır, bilmirəm”.

Qeyd edək ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günaybank”la yanaşı “Muğanbank” və Bank BTB-nin də adı çəkilirdi. Bildirilirdi ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru