İtaliyada İsa Məsihin dövrünə aid möhürlənmiş türbə tapılıb - FOTO

12-10-2023, 14:14           
İtaliyada İsa Məsihin dövrünə aid möhürlənmiş türbə tapılıb - FOTO
İtaliyada İsa Məsihin dövrünə aid möhürlənmiş türbə aşkar olunub.

Tarixi abidə Neapol yaxınlığındakı Kampaniyada yerləşir.

Məlumata görə, abidə demək olar ki, mükəmməl vəziyyətdədir və orada yaxşı qorunub saxlanılan sənət əsərləri var.

İtaliya Mədəniyyət Nazirliyinin açıqlamasına əsasən, türbənin içərisində arxeoloqlar qədim mifologiyadan müxtəlif səhnələri əks etdirən çoxlu freskalar aşkar ediblər.
Türbənin kimə aid ola biləcəyinə dair hələ heç bir məlumat yoxdur. Arxeoloqlar onun tarixi və məqsədi haqqında daha çox məlumat əldə etmək üçün qazıntıları davam etdirəcəklər.


Mənbə: octagon.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru