Kirayədə qalmaq adamı tez qocaldır?

13-10-2023, 13:08           
Kirayədə qalmaq adamı tez qocaldır?
Kirayədə qalan insanların orqanizmi daha tez qocalır.

Böyük Britaniya və Avstraliyadan olan alimlər aparılan araşdırmalardan sonra belə qənaətə gəlib.

Onların tədqiqatlarının nəticələri “BMJ” elmi jurnalında dərc olunub.

Tədqiqatda 1 420 nəfər iştirak edib - onların arasında həm kirayədə qalanlar, həm də artıq öz mənzillərini almış şəxslər var.

Mütəxəssislər insanların sağlamlıq vəziyyətlərini, öz evlərində, yoxsa kirayədə qalmalarını, borclarının olub-olmaması, kirayə haqqının nə qədər olması, dövlət dəstəyi alıb-almamaları ilə bağlı suallar veriblər.
Daha sonra iştirakçılardan DNT metilasiyasını (bioloji qocalmanın göstəricisi) təhlil etmək üçün qan nümunələri götürüblər.

Alimlər qeyd ediblər ki, kirayənin yaratdığı stresə görə mülkləri icarəyə götürən insanlar öz evlərinə sahib olanlardan daha tez qocalır. Onlar, həmçinin işsizlərdən iki dəfə, siqaret çəkənlərdən 50% daha sürətli qocalırlar.

Kirayəçilər kirayə pulunu ödəyə bilmədikdə, yaxud əlverişsiz evdə yaşadıqda bioloji qocalma daha da sürətlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru