İntihar etmiş həkimlə bağlı yeni faktlar - Qardaşı polisləri günahlandırır

21-10-2023, 12:03           
İntihar etmiş həkimlə bağlı yeni faktlar -
Yevlaxda həkim-stomatoloq Nicat Əjdərli intihar edib.
Bu barədə Turan-a onun qardaşı Samir Əjdərli bildirib. Onun sözlərinə görə, oktyabrın 19-da həkimi Yevlax rayon polis şöbəsinə aparıblar.
"Bundan əvvəl bir neçə ay Hikmət adlı polis işçisi və rəis müavini Elsevər qardaşımdan hər ay 1-2 min manat pul tələb ediblər", - mərhumun qardaşı bildirib.
Hadisə günü iki polis əməkdaşı gəlib Nicat Əjdərlinin yanına gələrək polisə aparıblar. Orada 4-5 saat saxlayıblar. "Mən onun ardınca gedəndə mənə dedilər ki," hörmət" əlaməti olaraq qardaşımı cəmi 1 min manata buraxarlar", - Samir Əjdərli qeyd edib.
Yolda diş həkimi qardaşına deyib ki, ona fiziki və mənəvi təzyiq göstərərək pul tələb ediblər.
Bundan sonra o, evə gedərək intihar edib. Cibinə yazıb qoyub ki, " bağışlayın, mənim canımı boğaza yığdılar", - qardaşı deyib.
İntihardan sonra hüquq-mühafizə orqanları onun yaxınlarını istintaqa cəlb etməyib. Polis onun sərxoş vəziyyətdə maşın sürdüyünə dair protokol tərtib edib. "Ancaq qardaşım polisə maşınla getmədi. Onun avtomobili evin yanında dayanmışdı", - Samir Əjdərli deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun rəhbəri Aslan Giyaslı Turan-a bildirib ki, Əjdərlinin ölümü prokurorluq tərəfindən araşdırılır.
Sonradan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, oktyabrın 18-də saat 15:30-da Nicat Raqif oğlu Əjdərli narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsilə əlaqədar polisə dəvət olunub və orada narkoloq-həkim tərəfindən müayinə edilib.
"Tibbi müayinə zamanı müəyyən edilib ki, o, sərxoş vəziyyətdə avtomobili idarə edib, bununla əlaqədar inzibati xəta haqqında protokol tərtib edilib və o buraxılıb.
Yuxarıda göstərilənləri nəzərə alaraq, ölüm səbəblərilə bağlı iddialar hüquqi əsası olmayan şəxsi mülahizələrdir".
Baş Prokurorluğun mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru