Təzyiq düşəndə ilkin yardım

21-10-2023, 12:58           
Təzyiq düşəndə ilkin yardım
Hipotoniya, yəni aşağı qan təzyiqi hipertoniya ilə eyni təhlükəli vəziyyətdir. Arterial təzyiqin 90/60-dan aşağı düşməsi hipotoniya hesab olunur.

Rusiyalı kardioloq və terapevt Valeriya Txorikova bu vəziyyətin nə qədər təhlükəli olduğu və niyə yarandığı barədə danışıb.

Mütəxəssisin fikrincə, hipotoniya huşunu itirmə, sürətli nəbz və tənəffüs, mavi rəngə malik soyuq dəri ilə müşayiət oluna bilər.

Txorikova izah edib ki, təzyiqi düşən xəstəni üfüqi vəziyyətdə qoymaq və ayaqlarını qaldırmaq lazımdır. Bundan başqa, təmiz hava axınını təmin etmək və təcili yardım çağırmaq gərəkdir.

Mütəxəssis bu xəstələrə daha çox duz və maye qəbul etmək, şaquli vəziyyətə kəskin keçiddən qaçmaq, istidə uzun müddət qalmamağı tövsiyə edib.
“Təzyiqiniz aşağı düşübsə, iki stəkan su içmək, ayaqlarınızı qaldırıb uzanmaq, duzlu bir şey yemək və ya tərkibində kofein olan içki - çay, qəhvə və ya kola içmək lazımdır”, - deyə Txorikova yekunlaşdırıb.

Həkim bildirib ki, qan təzyiqini nəzarət altında saxlamaq lazımdır.

Mənbə: Rambler












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru