Nazirlik söz verdi: - Pulsuz peyvənd qoruyacaq

20-11-2023, 18:19           
Nazirlik söz verdi: - Pulsuz peyvənd qoruyacaq
Ötən il sentyabr ayında ölkəmizdə artıq qrip peyvəndinin vurulmasına başlanılıb.

Bu il isə peyvəndin gətirilməsi və vurulması prosesində yubanma qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Elvin Hacıyev Cebhe.info-ya bildirib ki, peyvədləmə prosesi artıq başlayıb:

“Dövlət immunlaşdırma proqramı çərçivəsində peyvəndləmə Abbott Biologicals B.V. şirkətinin istehsalı olan dördkomponentli vaksinlə mümkün olacaq. Peyvənd qrip mövsümündə sirkulyasiya etməsi gözlənilən ştamlara uyğunlaşdırılıb. Peyvənd altı aydan etibarən peyvəndləmə xidməti göstərən istənilən tibb müəssisəsində vurdurmaq mümkündür və benefisiarlar üçün tamamilə pulsuzdur”.

Xüsusilə uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilərlər. Onun üçün peyvədləşdirilmənin aparılmasına çox ciddi zərurət yaranır.

Həkim-ekspert Sadiq Həsənov bildirib ki, peyvəndlərdən imtina etmək olmaz:

“Peyvəndlər mümkün qədər tez, peyvənd təqvimlərdə aid olan zaman içərisində yerinə yetirilməlidirlər. Onlar uşaqların sağlamlığını və həyatını xilas edir. Peyvəndlərdən imtina etmək olmaz. Xüsusilə azyaşlı uşaqlar və yeniyetmələr arasında aparılır. Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilərlər”.

Onun sözlərinə görə, uşaq anadan olandan 12 saat sonra hepatit B xəstəliyinə qarşı, 4 günlüyündə vərəm əleyhinə, 1 həftəliyində isə poliomielit eleyhinə peyvənddən istifadə edilir. 2 aylıqda B tipli hemofil infeksiya, difteriya, göy öskürək, tetanus və hepatit B-yə qarşı peyvənd vurulur. Ardıcıllıqla 4, 6, 12, 18 aylığında və nəhayət, uşağın 6 yaşı olanda qızılça, parotit və məxmərəyə qarşı, difteriya və tetanus əleyhinə peyvənd və vitamin A- dan istifadə edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.