Qazaxısatnda İT sektorunun güclü inkşafı, Azərbaycanda isə....

30-11-2023, 09:14           
Qazaxısatnda İT sektorunun güclü inkşafı, Azərbaycanda isə....
Qazaxıstanda ötən ay keçirilən Digital Bridge Forumun materiallarına göz gəzdirirəm.
Qazaxlar rəqəmsallaşma, innovasiya və startap ekosistemdə son illərdə hədsiz irəliləyiblər.
Ağlasığmazdır ki, yalnız son bir ildə İT eksportu 5 dəfə artıraraq 334 milyon dollara çatdırıblar.
16 min İT şirkətləri var və ekosistemə də yetərincə dəstək verirlər.
Yalnız AstanaHub rezidenti olaraq güzəşt əldə edənlərin eksportunun həcmi 150 milyon dollardı.
Yəni bizdən kəskin fərqli olaraq onlarda yalnız eksporta yönəlik olan spesifik İT şirkətlərə güzəştlər nəzərdə tutulub.
AstanaHub-ın 1200 rezidenti var, 319-u da xarici qurumlardı.
Qazaxıstandakı 24 vençur fondunun investisiyası isə 145 milyon dollar olub.
İRİA-nın, Məmməd bəyin gözündən iraq
Vençur maliyyələşməni, akselerasiya proqramlarını, xabları dəstəkləyən hüquqi normalar qüvvədədir.
Yalnız bircə proqram üzrə, Google for Startups və Astana Hub çərçivəsində olan anlaşma və akselerasiya üzrə 37 startap üçün 400 milyon dollar investisiya cəlb ediblər.
Bizdə sektorda, xüsusilə də innovasiya və ekosistemin inkişafında son zamanlarda müəyyən dinamika gözə çarpsa da ciddi problemlər var.
İKT güzəştlərlə bağlı məsələnin aydınlaşdırılmasına ciddi ehtiyac var.
İT şirkətlərimiz dövlətdən böyük sifarişlər alırlar.
İT sektorda dövlət satınalmaların illik həcmi 0.5 milyard manatdır.
Lakin səmərəlilik və effektivliklə, ədalətli istifadə ilə bağlı, ekosistemə dəstəklə bağlı problemlər var.
Yeri gəlmişkən, mən hələ də bizdə olan İT şirkətlərin sayı haqqında dövlət qurumlarından düz-əməlli bir cavab ala bilməmişəm.
Osman Gunduz
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.