Sosial şəbəkələrdə satılan korporativ nömrələr qanunidir? - VİDEO

30-11-2023, 10:08           
Sosial şəbəkələrdə satılan korporativ nömrələr qanunidir? - VİDEO
Sosial şəbəkələrdə rəsmi satış qiymətindən çox ucuz mobil internet paketlər təklif edilir. Bəzi istifadəçilər xüsusi nömrələr təqdim edir ki, bu nömrələrə sahib olduqdan sonra baha aldığımız internet paketləri daha ucuz əldə etmək mümkün olur.

Bəs bu nömrələrin digərlərindən fərqi nədir?

Satış menecerləri bildiriblər ki, sözügedən nömrələr VÖEN-ə bağlı olur və onları yalnız hüquqi şəxslər istifadə edə bilərlər.

Həmçinin qeyd edilib ki, korporativ nömrələrin internet sürətləri bir megabitdir. Digər nömrələrdə isə bu, 0,5 və ya 0,6-ya yaxın olur.

Bəs sosial şəbəkələrdə təklif edilən korporativ nömrələr digər şəxslərə satıla bilərmi?

Ekspertlər bildiriblər ki, bu, mümkün deyil. Korporativ nömrələr yalnız hüquqi şəxslərə satılmalıdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru