Mustafayevlə Qriqoryanın görüşü haqda yeni DETALLAR - Sərhəddə müəmmalı ağ bina

1-12-2023, 12:06           
Mustafayevlə Qriqoryanın görüşü haqda yeni DETALLAR - Sərhəddə müəmmalı ağ bina
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın baş naziri Mher Qriqoryanın dünən Qazax-İcevan (Karvansaray) sərhədində baş tutan görüşündə müəyyən razılaşmalar əldə olundu. Bu razılaşmaların praktiki müstəvidə işləyəcəyi hələ də sual altında olsa da, sərhəddə yaşayan erməni əhalisi ümidlidir.

Publika.az xəbər verir ki, Azadlıq radiosunun erməni xidmətinin çəkiliş qrupu görüşün keçirildiyi ərazidə olub, erməni əhalisi ilə danışıb.

Erməni əhalisi bildirib ki, onları anklavlar məsələsi maraqlandırsa da, rəsmi məlumatda bu haqda heç nə ilə rastlaşmayıblar.

“İndi sərhədi müəyyən etsələr, ortaq mövqe tapa bilərik. Bizim əkin sahləri var, istəsələr tərk edə bilərik, əvəzində başqa yerdən versinlər. Vaxtilə azərbaycanlılarla mehriban şəraitdə yaşayırdıq”, - sakinlərdən biri deyib.

Yerli sakinlərin dediyinə görə, əvvəllər görüşlər sərhəddəki ağ binada baş tutub. Ora əsirlərin dəyişdirilməsi, atəşkəslə bağlı razılaşmalar və digər məsələlərin müzakirə yeri kimi tanınır. Dünənki görüşün ermənilərin “ağ bina” adlandırdıqları yerdə keçirilib-keçirilmədiyi isə məlum deyil.

Ermənilər danışır ki, İcevan sərhədində abadlıq işləri aparılır, eyni adablıq işlərinin Qazax tərəfdən də həyata keçirildiyini müşahidə edirlər və düşünürlər ki, bütün bu işlər yolların tezliklə açılmasına hazırlıqdır. Hərçənd, bu haqda heç bir rəsmi məlumat yoxdur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru