Qadın məhbus həbsxanada hamilə qalıb: Qohumları "əri" axtarırlar

12-01-2024, 18:36           
Qadın məhbus həbsxanada hamilə qalıb: Qohumları "əri" axtarırlar
2022-ci ilin iyununda ABŞ-da həbs edilən qadını iki ildən sonra hamilə qalıb.

Bu barədə "NBC News" yazıb.

28 yaşlı Deysi adlı qadın Milad ərəfəsində Turner Guilford Knight İslah Mərkəzindən ailəsinə zəng edərək dörd aylıq hamilə olduğunu bildirib. O, məhbusların zəngləri qeydə alındığı üçün heç bir təfərrüat açıqlamayıb. Bu xəbərdən sonra onun bacısı vəkili ilə birlikdə həbsxana rəhbərliyi ilə əlaqə saxlayıb, baş verənlərlə bağlı izahat tələb edib. Həbsxana rəsmiləri doğulmamış uşağın atasının kimin ola biləcəyi ilə bağlı heç bir şərh verməyiblər.

Qeyd edək ki, kişilər də eyni cəzaçəkmə müəssisəsində saxlanılır, lakin onların kameraları başqa mərtəbədədir. Hazırda məhkumlardan birinin Deysi ilə cinsi əlaqədə ola biləcəyi ehtimal edilir.

Bacısı və vəkili Deysinin hamiləliyinə görə həbsxanadan ev dustaqlığına köçürülməsi üçün mübarizə aparır.

Onların səyləri nəticəsində administrasiya hadisə ilə bağlı araşdırmaya başlayıb. Eyni zamanda, onların dediyinə görə, qadın Miladdan əvvəl mühafizəçilərə hamiləliyi barədə məlumat verməyə çalışsa da, onlar bunu zarafata salaraq gülüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru