General Piriyev vəzifədən niyə azad edildi? - Dosye

12-01-2024, 19:44           
General Piriyev vəzifədən niyə azad edildi? - Dosye
Xəbər verdiyimiz kimi, general-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, Heydər Piriyev 1959-cu ildə Ermənistanın Dağ Borçalının (Kalinino rayonu) Soyuqbulaq kəndində anadan olub.

1974-1976-cı illərdə Bakı şəhərində 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil alıb.

1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində təhsil alan Piriyev 1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.

Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilib.

2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.

Heydər Piriyev 2022-ci ilin iyun ayından Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsində çalışırdı.

Heydər Piriyev yaş həddi ilə bağlı təqaüdə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru