Qış xəstəliklərini aradan qaldıran tərəvəz və meyvələr
13-02-2024, 17:54

Qış aylarında süfrələrimizdə istehlak etdiyimiz tərəvəz və meyvələr immunitet sistemimizi gücləndirərək müxtəlif xəstəliklərdən qorunmağa kömək edə bilər. Foodinfo.az qış xəstəliklərini aradan qaldıran tərəvəz və meyvələri təqdim edir:
1. Portağal: C vitamini ilə zəngin olan portağal soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Antioksidant xüsusiyyətləri ilə də immunitet sistemini dəstəkləyir.
2. Turp: Turp tərkibindəki A və C vitaminləri sayəsində tənəffüs yolu infeksiyalarının qarşısının alınmasında təsirlidir. Həm də həzm sistemini tənzimləyərək sağlam bir immunitet sisteminə töhfə verir.
3. Brokoli: Brokolinin tərkibində bol miqdarda C vitamini, lif və antioksidanlar var. Bu xüsusiyyətləri sayəsində qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı müqaviməti artırır.
4. Sarımsaq: Sarımsaq təbii antibiotik xüsusiyyətləri sayəsində orqanizmi mikroblara qarşı qoruyur. O, həmçinin immunitet sistemini gücləndirir və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
5. Kələm: Kələm C vitamini mənbəyi olmaqla yanaşı, probiotik xüsusiyyətləri ilə həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir.Bu tərəvəz və meyvələr süfrələrimizdə olanda bədənimiz müxtəlif qış xəstəliklərinə qarşı daha güclü müdafiə mexanizmi inkişaf etdirir.