Heyvanları yatızdırıb kəsməli, yoxsa, halal?
14-02-2024, 17:42

2019-cu ildə Belçikanın Vallon və Flaman rayonlarında "halal heyvan kəsimi" yasaqlanmışdı. Eynilə bizdəki kimi. Belçika qanunlarına görə, heyvanlar kəsilməzdən əvvəl huşsuz olmalıdılar, əzab çəkməməlidilər. Halal kəsmə zamanı isə bu üsuldan istifadə edilmir.
Həmin vaxt müsəlman və yəhudi təşkilatları bu qərarın əleyhinə çıxmışdılar. 11 ərizəçi təşkilat və fərd qərardan məhkəməyə şikayət etmişdi. Şikayətlərində bildirmişdilər ki, heyvanların halal yolla kəsilməsi onların dini inanclarının gərəkliliyidir və qərar onların eitqad, inanc azadlığını pozur. Belçika məhkəmələrinin yekun qərarı halal kəsimin yasaqlanmasının ölkə Konstitusiyasına uyğun olmasını ifadə etmişdi.
Müsəlman və yəhudi qardaşlarımız məcbur olub, şikayətlərini Avropa Məhkəməsinə daşımışdılar.
Ərizəçilər şikayətlərində vurğulamışdılar ki, dini inanclarına uyğun şəkildə heyvanların kəsilməsi yasqlandığından, Qurban Bayramı ayinlərini yerinə yetirə, halal ət satın ala bilmirlər, bu da onların Avropa Konvensiyasının 9-cu maddəsi ilə qorunan etiqad azadlığı haqlarını pozur. Onlar həmçinin, ayrı-seçkiliyə məruz qaldılarını da iddia edirdilər - fransızlar, hollandlar, digərləri heyvanı öz istəklərinə uyğun kəsə bilir, biz müsəlman və yəhudilər isə yox, deyə.
Avropa Məhkəməsi isə dünən onların şikayətlərini yekdilliklə rədd etdi.
Məhkəməyə görə, “halal kəsimə yasaq qoyulması etiqad azadlığını məhdudlaşdırmır, ayrı-seçkilik ifadə etmir. Qaydalar heyvanların rifahı baxımından böyük önəm ifadə edir. Getdikcə, cəmiyyətlər heyvanların çəkdikləri əzablara daha artıq diqqət yetirməyə, önəm verməyə başlayıblar. Belçika qurumlarının tətbiq etdiyi yasaq belə toplumsal təlabatlara cavab verir"…
Xalid Ağayev
TEREF