Qarğıdalının qida dəyəri nələrdir?

15-02-2024, 13:04           
Qarğıdalının qida dəyəri nələrdir?
Qarğıdalı dünyanın ən məşhur taxıl növlərindən biridir. Vətəni Mərkəzi Amerikadan olsa da, bütün dünyada çoxsaylı növləri yetişdirilir.Foodinfo.az xəbər verir ki, qarğıdalı da digər dənli bitkilər kimi lif, bir çox vitamin, mineral və antioksidantlarla zəngindir. Qarğıdalı adətən sarı rəngdə olur, lakin qırmızı, narıncı, bənövşəyi, mavi, ağ və qara da daxil olmaqla müxtəlif rənglərdə var.
100 qram qaynadılmış sarı qarğıdalı aşağıdakı qida dəyərlərini ehtiva edir:
- Kalori: 96
- Su: 73%
- Protein: 3,4 qram
- Karbohidrat: 21 qram
- Şəkər: 4,5 qram
- Lif: 2,4 qram
-Yağ: 1,5 qramBu bitkinin sağlamlıq üçün faydalarını aşağıdakı kimi sadalaya bilərik:
- Qarğıdalı həzm sistemi üçün faydalıdır.
- Anemiyanın qarşısını alır.
- Enerjini artırır
.- LDL xolesterini aşağı salır.
- Arıqlamağı asanlaşdırır.
- Diabet və hipertoniyanın qarşısını alır.
- Güclü birləşdirici toxuma təmin edir.
- Göz sağlamlığını qoruyur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru