Kosmosda ilk dəfə: İnqilabi tapıntı - FOTO

15-02-2024, 18:08           
Kosmosda ilk dəfə: İnqilabi tapıntı - FOTO
Kosmosda iki asteroidin səthində su aşkarlanıb.

Günəş ətrafında dönən bir milyondan çox asteroidin olduğu və onların üzərindəki suyun uzun zaman əvvəl buxarlandığı ehtimal edilirdi.

Lakin SOFIA infraqırmızı teleskopundan əldə edilən məlumatlar bunun əksini göstərib. Aparılan yeni araşdırma zamanı “İris” və “Massalia” asteroidlərinin səthində su tapılıb.

Digər asteroidlərin təxminən 99 faizindən böyük olan “İris” 199 kilometr diametrə malikdir və Günəş ətrafında orta hesabla 2,39 astronomik vahid məsafədə fırlanır, bir orbiti tamamlaması 3,7 il çəkir.

“Massalia” isə 135 kilometr diametrə malikdir və “İris”in orbitinə oxşar orbit üzrə fırlanır.
Günəş sistemindəki asteroidlərin tərkibi və quruluşu bir qədər fərqlidir. Günəşə daha yaxın ərazilərdə buzsuz silikat asteroidlər üstünlük təşkil edir, daha uzaq məsafədə isə buzlu asteroidlərə daha çox rast gəlinir.

Bununla bağlı məqalənin əsas müəllifi, Cənub-Qərb Araşdırma İnstitutunun alimi Anicia Arredondo spektral xətlərin gücünə əsaslanaraq, asteroidlərdə suyun həcminin və yayılmasının Ayda tapılanlara uyğun olduğunu təsdiqləyib.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru