“Sağlam idi” - Navalnı ilə iki gün öncə görüşən vəkilindən AÇIQLAMA

16-02-2024, 17:12           
“Sağlam idi” - Navalnı ilə iki gün öncə görüşən vəkilindən AÇIQLAMA
Aleksey Navalnının vəkili ilə görüşü zamanı hər hansı şübhəli məqam olmayıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə mərhumun vəkili Leonid Solovyov məlumat verib. O qeyd edib ki, Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı təcridxanada saxlanılan müxalifətçi öz vəkili ilə iki gün öncə, çərşənbə günü görüşüb: “Hər şey normal idi”.

L.Solovyov deyib ki, Aleksey Navalnının ailəsinin qərarına sayğı duyaraq ölüm səbəbi ilə bağlı nəsə demək istəmir: “Hazırda məsələni araşdırırıq”.

Yamalo-Nenets Muxtar Dairəsinin İctimai Palatasından bildiriblər ki, quruma Navalnının səhhəti ilə bağlı şikayət daxil olmayıb.

Müxalifətçinin ölümünü şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib ki, Federal Cəza üzrə İcra Xidməti hazırda araşdırma aparır və dövlət başçısı Putinə baş verən hadisə barədə məlumat verilib.

Xatirə SADİQ,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.