Yuxu problemi olanların yeməli olduğu qidalar
23-02-2024, 12:58
Yuxu problemləri dövrümüzün ən çox yayılmış sağlamlıq problemlərindən biridir. Bir çox insan yuxu problemini həll etmək üçün yuxu həblərinə müraciət edir. Lakin araşdırmalar göstərir ki, yuxu həblərinin davamlı olaraq uzunmüddətli istifadəsi sağlamlıq üçün bir çox risklər yaradır. Bu risklərə asılılıq, yaddaş problemləri, diqqət çatışmazlığı və hətta ölüm riski də daxildir.Bəs, yuxuya daha təbii və sağlam bir şəkildə çatmaq üçün nə edə bilərik?Elə qidalar var ki, yuxusuzluq probleminin öhdəsindən gələ bilir. Foodinfo.az bu qidaları təqdim edir:1. Banan: Tərkibindəki maqnezium və kalium əzələləri rahatlamağa və stressi azaltmağa kömək edir. Bundan əlavə, bananda melatonin və triptofan kimi yuxunu tənzimləyən maddələr var. 2. Badam: Badam tərkibindəki maqnezium və melatonin sayəsində yuxu rejiminə kömək edir. Həmçinin badam protein və sağlam yağlarla zəngindir. 3. Qatıq: Tərkibindəki kalsium, triptofan və B vitaminləri sayəsində yuxu rejiminə yardımçı olur. Bundan əlavə, probiyotikləri ehtiva edən qatıq həzm sisteminin sağlamlığını dəstəkləyərək yuxu keyfiyyətini yaxşılaşdırır. 4. Yulaf əzməsi: Yüksək lif tərkibi sayəsində maddələr mübadiləsini tənzimləyir və qan şəkərini tarazlaşdırır. Bundan əlavə, yulaf əzməsi tərkibindəki triptofan və melatoninlə yuxu rejimini dəstəkləyir.5. Balıq: Somon, ton balığı və alabalıq kimi yağlı balıqlarda omeqa-3 yağ turşuları var ki, bu da yuxu rejiminə müsbət təsir göstərə bilər.Bu qidaları müntəzəm olaraq qəbul etməklə daha yaxşı yuxu keyfiyyətinə nail ola bilərsiniz. Bundan əlavə, müntəzəm məşq etmək, stressdən qaçmaq və yuxu rejiminə diqqət yetirmək də yuxu problemlərinizi həll etməyə kömək edə bilər. Yuxu həblərinə müraciət etməzdən əvvəl yuxu rejiminizi təbii üsullarla tarazlaşdırmağa cəhd etmək daha faydalıdır.