O, parazitlərin bədəndən atılmasını təmin edir

23-02-2024, 16:59           
O, parazitlərin bədəndən atılmasını təmin edir
Balqabaq toxumları balqabaq meyvəsinin içərisində olan yeməli yağlı toxumlardır. O, adətən qovrulmuş halda istehlak edilir və sağlam qəlyanaltı kimi seçilir. Bundan əlavə, balqabaq tumları zülal, lif, vitamin və minerallarla zəngin qida mənbəyidir. Yatmadan əvvəl bir ovuc balqabaq tumunu yedikdən sonra bir stəkan qaynar su içmək lazımdır. Bu üsul həzm sisteminin daha sürətli işləməsinə imkan verir və qəbizliyi aradan qaldırır.Foodinfo.az balqabaq toxumunun 5 faydasını təqdim edir:
1. Protein və lif mənbəyi: Balqabaq toxumu zülal və liflə zəngindir. Bu xüsusiyyəti sayəsində toxluq hissi verir və həzm sistemini dəstəkləyir.
2. Mineral anbarı: O, maqnezium, sink, dəmir və kalium kimi mühüm mineralları ehtiva edir. Bu minerallar bədən funksiyaları üçün həyati əhəmiyyət kəsb edir.
3. Ürək sağlamlığını dəstəkləyir: Tərkibindəki sağlam yağlar sayəsində balqabaq tumları ürək sağlamlığını dəstəkləyir. Xüsusilə omeqa-3 yağ turşuları ilə zəngin olan balqabaq toxumları ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.
4. Antioksidantların mənbəyi: Balqabaq tumları zəngin antioksidant qaynağıdır. Antioksidantlar bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur və hüceyrələrin zədələnməsinin qarşısını alır.
5. Yaxşı enerji mənbəyi: Tərkibindəki sağlam yağlar və zülallar sayəsində uzunmüddətli enerji təmin edir. Buna görə də idmançılar və aktiv həyat tərzi keçirən şəxslər üçün ideal qəlyanaltıdır. Bəs balqabaq toxumunun digər faydaları nələrdir?
- Antioksidantlarla zəngindir.
- Diabet riskini azaldır.
- Xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.
- Pis xolesterol səviyyəsini aşağı salır.- Yuxunu yaxşılaşdırır.
- Pəhriz qəlyanaltı üçün uyğundur.- Parazitlərin bədəndən atılmasını təmin edir.
- Sidik kisəsinin sağlamlığı üçün faydalıdır.
- Sümük formalaşması üçün vacib bir qidadır.
- Yaxşı sink mənbəyidir.
- Retinanın sağlamlığını qoruyur.
- Saçları gücləndirir.
- Spermanın keyfiyyətini artırır.
- İmmuniteti gücləndirir.
- Prostat sağlamlığını dəstəkləyir.
- Dəri sağlamlığını qoruyur.
- Qəbizlik problemlərini aradan qaldırır.
- Ürək sağlamlığını qoruyur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.