Eyni yer, eyni qəza: SƏBƏB NƏDİR? - EKSPERTDƏN AÇIQLAMA

28-02-2024, 16:49           
Eyni yer, eyni qəza: SƏBƏB NƏDİR? -
Dünən paytaxtın Heydər Əliyev prospektində "Prius"un "TIR"ın altına daxil olması nəticəsində qəza baş verib. Xatırladaq ki, aylar öncə "Nikosayağı" adlı məşhur bloger də eyni məkan və eyni şəkildə qəza törətmişdi. Burada ikinci dəfə belə bir qəzanın baş verməsi nədən xəbər verir? Problem yoldadır, yoxsa sürücülərdə? SİA mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədovun fikirlərini öyrənib.

Aslan Əsədovun sözlərinə görə, ara məsafəsinin düzgün seçilməməsi və xüsusən günün qaranlıq vaxtında müəyyən sürət həddinin düzgün təyin edilməməsi kimi amillər qəzaya şərait yaradır. Çünki qəza zamanı mütləqdir ki, hər bir sürücü qəzadan maksimal dərəcədə yayına bilsin. Sürücü elə bir hərəkət intervalı və mövqeyi seçməlidir ki, hərəkətdə olan zaman qəza anından qaçsın. Bu nöqteyi-nəzərdən ağrılı hadisədir. Amma qaydalara əməl etmək lazımdır. Yük maşını ilə bağlı isə onu demək olar ki, iri tutumlu yük maşınlarında əksetdirici nişanlar və xüsusi fərqləndirici hər hansı bir element olmalıdır. Çünki arxadan gələn nəqliyyat vasitələri mütləq bunları görməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.