Dünyada piylənmədən əziyyət çəkən insanların sayı AÇIQLANDI

5-03-2024, 09:08           
Dünyada piylənmədən əziyyət çəkən insanların sayı AÇIQLANDI
1500 nəfərdən ibarət alimlər qrupu 1990-cı ildən 2022-ci ilə qədər dünyada insanların çəkisi ilə bağlı araşdırma aparıb.Araşdırma “The Lancet” tibb jurnalında dərc edilib.Onların hesablamalarına görə, 2022-ci ilə qədər piylənmədən əziyyət çəkən insanların ümumi sayı 1 milyardı keçib. Beləliklə, böyüklərdə təxminən iki dəfə, uşaqlarda isə dörd dəfə artım müşahidə olunub. Piylənmə dünyada böyüklərin təxminən 16%-ni və uşaqların 8%-ni əhatə edir. Artıq çəkidən əziyyət çəkən insanların sayı 2022-ci ildə təxminən 2,5 milyard olub.Mikrodövlətlər və Sakit okean əraziləri, eləcə də Yaxın Şərqin bəzi ölkələri piylənməsi olan insanların sayına görə liderlik edir. ABŞ-də bu nisbət 42,3%, Böyük Britaniyada - 27,3%, Rusiyada - 23,2%, Almaniyada - 20,1%, Çində - 8,5%, Hindistanda - 7,7% təşkil edir.Tədqiqatın müəllifləri piylənmə hallarının artmasına səbəb kimi çoxlu zərərli qida və içkilərin qəbulunu, sağlam qidaların əlçatan olmamasını və idman imkanlarının azlığını göstərirlər.Mənbə: kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru