Azərbaycana Qazaxıstandan at əti gətirilib, ya yox? – Komitə və AQTA-dan zidd açıqlamalar

1-04-2024, 17:54           
Azərbaycana Qazaxıstandan at əti gətirilib, ya yox? – Komitə və AQTA-dan zidd açıqlamalar
Statistika Komitəsinin “2024-cü ilin yanvar ayında malların idxalı və ixracına dair göstəricilər”in yer alan məlumatından belə görülür ki, bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 24,7 min dollar dəyərində 14,53 ton at (qatır) əti idxal olunub.

TEREF xəbər verir ki, bu məlumat yayımlandıqdan sonra Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) yeniavaz.com-a bildirilib ki, Qazaxıstandan Azərbaycana at əti idxal olunmur:

“Əksinə, Azərbaycandan Qazaxıstana at əti ixrac edilir”.

Lakin qeyd etdiyimiz kimi, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik məlumatlar ilə AQTA-nın məlumatı üst-üstə düşümür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru