Ramin Bayramlının əlindən alındığı deyilən "Spektr Med"də nöqsanlar aşkarlanıb - TƏFƏRRÜAT

3-04-2024, 19:20           
Ramin Bayramlının əlindən alındığı deyilən "Spektr Med"də nöqsanlar aşkarlanıb - TƏFƏRRÜAT
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının əlindən alındığı deyilən "Spektr Med" şirkətində nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Statistika Komitəsi bu şirkətin statistik məlumatların verilməsi qaydalarını pozduğunu müəyyən edib.

Buna görə də Dövlət Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Protokol Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə araşdırılacaq.

Həmin maddədə statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimə nəzərdə tutulur. Belə ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Spektr Med" 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hazırda qanuni təmsilçisi Eynullayev Cahangir Arif oğludur.

Xatırladaq ki, mətbuatda "Spektr Med"in əvvəllər Ramin Bayramlıya məxsus olduğu, amma sonradan onu satdığı barədə məlumatlar yayılıb. İddia edilib ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilsə də, daha sonra “Avromed” şirkətinə verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.