NASA Floridada evə düşən sirli “kosmik obyekti” araşdırır

4-04-2024, 11:04           
NASA Floridada evə düşən sirli “kosmik obyekti” araşdırır
NASA Florida ştatında evə düşən naməlum obyekti araşdırmağa başlayıb. Ehtimallardan biri onun Beynəlxalq Kosmik Stansiyadan atılan zibil parçası olmasıdır.
“Science Alert” saytına istinadən xəbər verir ki, martın 8-də günorta saatlarında göydən düşən naməlum cisim Alejandro Oteronun Florida ştatının Neapol şəhərindəki evinin damını dəlib.
Kosmik agentliyin açıqlamasına görə, NASA cismin mənşəyini müəyyənləşdirmək üçün onu Floridadakı Kennedi Kosmik Mərkəzində tədqiq edəcək. Dəqiq məlumat tədqiqat işləri başa çatdıqdan sonra əldə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru