Boşanmaların 3 gizli səbəbi – Seksoloqdan açıqlama

5-04-2024, 11:54           
Boşanmaların 3 gizli səbəbi –
Münasibətlərdə yaranan təşvişli və gizli problemlərə xüsusi diqqət yetirmək lazımdır. Məhz bunlar krizis və boşanmalara səbəb olur.

“Medicina” xəbər verir ki, seksoloq Alina Murzaqaliyeva intim həyatdakı dəyişikliklərə diqqət çəkib.

“Krizisin başlanmasını partnyorların bir-birilə necə ünsiyyət qurması və danışmasından görmək olar.

Əgər kişi və qadın öz hiss, fikir, qorxu və şübhələrini dilə gətirib, açıq bölüşmür və gizlədirsə, bu hər ikisini anlayışsız vəziyyətə gətirəcək.

Çox partnyorlar əvvəldən vacib məsələ, sualları danışıb həll etmədən münasibətə girir və sağlam kommunikasiya qura bilmir.

Bir az keçsin danışarıq, nə danışım, hazır deyiləm, lazım deyil deyə-deyə, gözləyirlər.

Qadınların çoxu etiraz və imtina ilə üzləşəcəyindən qorxaraq, öz arzu-istəklərini bildirmir.

Burda önə çıxan qorxu “əgər danışsam, onu birdəfəlik itirərəm” qorxusudur.
Digər siqnal yanında partnyor olsa da özünü yalnız və tək hiss etməkdir.

Bu 3 krizis səbəbindən intim həyatda kəskin dəyişikliklər baş verir, intim münasibət ya kəsilir, ya da biri digərindən gözləntidə olur və getdikcə buna maraq itir.

Əgər seksdə cütlükdən biri məcburiyyətdən dözürsə və heç bir mənəvi həzz almırsa, problem dərinləşəcək.

Bu da gündəlik aqressiv və ittiham dolu mübahisə və konfiktləri artıracaq, biri digərini günahlandıracaq. Bu mərhələyə gələn cütlüklər boşanmaya daha da yaxınlaşır”.

Aygün Musayeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.