“Spektr Med" satılmayıb - AÇIQLAMA

5-04-2024, 10:08           
“Spektr Med" satılmayıb - AÇIQLAMA
Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının təsis etdiyi “SPEKTR MED” şirkətinin ondan alınıb, Avromedə verilməsi barədə xəbər vermişdik.

Məsələ ilə bağlı şirkət medicina.az-a açıqlama verib.

Açıqlamanı təqdim edirik:

“Spektr Med” MMC olaraq bildirmək istəyirik ki, bəzi kütləvi informasiya vasitələrində şirkətin “Avromed Company” QSC tərəfindən alınmasına dair yayımlanan xəbərlər həqiqəti əks etdirmir.

Mediada yayımlanan xəbərlərə əsasən “Spektr Med” MMC əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə “Avromed Company” QSC-yə satılmışdır.

Qeyd edək ki, “Spektr Med” MMC 01.07.2009-cu il tarixində qeydiyyata alınıb. Şirkət iki şəxs tərəfindən təsis olunub. 2019-cu ildən etibarən təsisçilərdən biri ilə bugünə qədər fəaliyyətini davam etdirir.


“Spektr Med” MMC-nin yarandığı gündən bugünə qədər qeydiyyat məlumatlarında “Avromed Company” QSC ilə əlaqəsi olmayıb.

Onu da qeyd edək ki, kütləvi informasiya vasitələrində TƏBİB-in keçmiş sədri Ramin Bayramlının həmin vəzifəyə təyin olunduqdan sonra “Spektr Med” MMC-ni almasına dair xəbərlər əsassızdır.

“Spektr Med” MMC medianı bu cür informasiyaların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün şirkət ilə əlaqə saxlamağı tövsiyə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.