278 manatlıq “kasıb” yeməyi verilən Provans - VİDEO
5-04-2024, 09:38
Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.
Bu dəfə Fransanın cənubunda yerləşən, Şərqdən Alp dağları, cənubdan Aralıq dənizi ilə əhatələnən, insanları, həyat tərzi, yeməkləri, məşhur lavanda çölləri və özünəməxsus evləri ilə seçilən Provans bölgəsindən bəhs olunub.
Provans əhalisi sakit, rahat, üzügülərdir. Bəlkə də, bu yedikləri yeməklərdən də asıldır. Aralıq dənizi hövzəsindəki balıqlarla qidalananda hər halda əsəblər də gərilmir. Yerli əhalinin yemək rasionu balıqdan, dəniz məhsullarından, meyvə-tərəvəzdən və zeytun yağından ibarətdir.
Provansda milli yemək hazırlamaq üçün iki vacib şərt var - təzə məhsullar və tərkibi mürəkkəb olan souslar. Amma Marseldə bir xörək var ki, bu, bütün yeməklərdən daha məşhurdur. Bu, marselsayağı balıq şorbasıdır. Adı isə “Buyabes”dir.
Bu şorbanı hər bir evdə, hər bir restoranda bişirirlər. Bir porsiyasının qiyməti isə 50-150 avro (92-278 manat) arasındadır. Deyilənlərə görə, “Buyabes” əvvəllər kasıb balıqçı təamı olub. Daha sonra şöhrət tapıb. İndi isə necə deyərlər, xan, bəy yeməyidir. Tərkibində beş cür balıq olur. Onu evdə hazırlayanda 10 avro xərclənir, restoranlarda isə bahadır.
Səbəbi odur ki, restoranda “Buyabes”i onillərdir dəyişməyən eksklüziv hazırlanma qaydası ilə bişirirlər.
Qeyd edək ki, burada puldan danışan insanlara pis baxırlar.
Ətraflı Baku TV-nin süjetində: