İqlim dəyişikliyinin terrorizmə təsiri - ARAŞDIRMA
5-04-2024, 16:04
Avstraliyanın Adelaida Universitetinin alimləri müəyyən ediblər ki, iqlim dəyişikliyi Hindistanda ekstremist və terrorçu qrupların fəaliyyətinə təsir edib.
Tədqiqat “Journal of Applied Security Research” (JASR) elmi nəşrində dərc olunub.
Araşdırma çərçivəsində ekspertlər 1998-ci ildən 2017-ci ilə qədər Hindistanda terror fəaliyyəti ilə bağlı məlumatları araşdırıblar. Bu müddət ərzində ölkədə terrorizmlə bağlı 9 096 cinayət qeydə alınıb.
“Təhlil göstərir ki, ən ucqar ərazilərin bəziləri iqlimə görə artıq insanların yaşaması üçün yararsızdır və bu, orada yerləşən ekstremist qrupları başqa yerlərə köçməyə məcbur edib”, - deyə məqalənin aparıcı müəllifi, ekstremizm problemləri üzrə ekspert Cared Dmello bildirib.
Alimlərin fikrincə, onların kəşfi cəmiyyətin müəyyən sektorlarının radikallaşması ilə iqlim dəyişikliyinin su və ərzaq qıtlığına gətirib çıxaran nəticələri arasında əlaqəni daha yaxşı anlamağa kömək edəcək.