Davamlı gecə yuxusunun inanılmaz FAYDALARI
6-04-2024, 18:14
Davamlı gecə yuxusu təkcə rifahınıza deyil, həm də özünüqavramanıza da faydalı təsir göstərir.
Bununla bağlı aparılan araşdırmanın nəticələri “Proceedings of the Royal Society” jurnalında dərc olunub.
İsveçin Karolinska İnstitutunun alimləri Leoni Balter və Con Akselsson həyata keçirdikləri iki eksperiment zamanı bu təsirin nə qədər böyük ola biləcəyini qiymətləndiriblər.
Birinci eksperimentin nəticələri göstərib ki, təxminən 9 saat normal yatdıqlarını bildirən insanlar özlərini həqiqi yaşlarından 5,8 yaş cavan hiss ediblər.
İkinci eksperimentin nəticələri isə kifayət qədər yatmayan insanların özlərini orta hesabla 4,4 yaş daha yaşlı olduqlarını hiss etdiklərini göstərib.
Beləliklə, ümumi fərq 10 ilə yaxındır. Bu, yalnız hisslərdə deyil, yetərincə yatmamaq fizioloji göstəricilərdə də özünü göstərib.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, yuxu özünü gənc hiss etməyin açarı ola biləcək həyati bioloji fenomendir.
Mənbə: kp.ru