Gözləri sağlam saxlamağa kömək edir
6-04-2024, 15:58
Süfrələrin bəzəyi olan reyhan bitkisinin Azərbaycan mətbəxində öz yeri var. Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların, yeməklərin tərkibinə vurulur. Bununla yanaşı, həm də dadlı bir içki kimi də istifadə edilir. Reyhan şərbəti bir çox dərdin dərmanıdır. Foodinfo.az reyhan şərbətinin faydalarını təqdim edir:
- Reyhan şərbəti maddələr mübadiləsini tənzimləyən təsirə malikdir. Bu şəkildə çəkiyə nəzarət etməyə kömək edir.
- Antibakterial xüsusiyyətlərə malikdir. Bu xüsusiyyəti sayəsində yoluxucu xəstəliklərə qarşı qorunma təmin edir.
- Qış aylarında bədəni soyuqdəymə problemlərindən qoruyur. İmmunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti artırır.
- Siqareti tərgitmək istəyən insanlar tərəfindən istifadə edildikdə müsbət təsir göstərir. Reyhan şərbəti siqaret çəkmək istəyini azaltmağa kömək edir.
- Ağız qoxusunu aradan qaldırmağa kömək edir. Ağızda yığılmış bakteriyaları təmizləyir və təravət hissi verir.
- Mədəyə zərər verən turşuları balanslaşdıraraq mədə problemlərinin qarşısını alır. Həzmin nizamlı işləməsinə kömək edir.- Həmçinin ondan süd verən anaların istifadə etməsi tövsiyə olunur. Reyhan şərbəti süd artırıcı xüsusiyyətlərə malikdir. - Tərkibində yüksək A vitamini olduğu üçün göz sağlamlığı üçün də faydalı bir içkidir. Gözləri sağlam saxlamağa kömək edir.
- Reyhan böcəkləri dəf edən bir bitki kimi istifadə olunur.
- Bulantı problemini aradan qaldırır. Reyhan şərbəti mədəni sakitləşdirir və rahatlaşdırır.
- Başgicəllənmə, yorğunluq, halsızlıq kimi şikayətlərə yaxşı təsir edir. Reyhan şərbəti bədəni canlandırır və enerji verir.- Eyni zamanda ödem əleyhinə xüsusiyyətlərə malikdir. Bədəndə yığılmış ödemi aradan qaldıraraq şişkinliyi azaldır.- Böyrək sağlamlığı üçün də çox faydalıdır. Reyhan şərbəti böyrəklərin düzgün işləməsinə kömək edir.
- Qaraciyəri təmizləmək xüsusiyyətinə malikdir. Bədəndən toksinləri çıxararaq qaraciyərin sağlamlığını qoruyur.
- Reyhan şərbəti qan dövranını sürətləndirir və orqanizmin daha yaxşı işləməsini təmin edir.
- Öskürək səbəbiylə qıcıqlanan boğazı sakitləşdirir.
- Migren problemlərinə yaxşı təsir göstərir. O, baş ağrılarını azaldaraq rahatlaşdırıcı təsir göstərir.