Dünyanın ən uzunömürlü insanı məlum olub

8-04-2024, 11:04           
Dünyanın ən uzunömürlü insanı məlum olub
Dünyanın ən uzunömürlü insanı, britaniyalı, 111 yaşlı Con Tinnisvuddur.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Yarım əsrdən çoxdur təqaüdə çıxan Tinnisvud bu həftənin əvvəlində 114 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölməsindən sonra Ginnesin “Rekordlar Kitabı”na düşüb.

O, qeyd edib ki, uzunömürlülüyünün səbəbi “sadəcə şansdır” və pəhrizin xüsusi bir sirri yoxdur.

Tinnisvud 1912-ci ildə İngiltərənin şimalındakı Mersisaydda anadan olub. Keçmiş poçt işçisi, təqaüdə mühasib kimi çıxan Tinnisvud 111 il 222 gündür ömür sürür.

Tinnisvud uzun ömür sürməsinin sirrinə belə cavab verib: “Ya çox yaşayırsan, ya da qısa, bununla bağlı çox şey edə bilməzsən".

Dünyada ən çox yaşamış kişi 116 il 54 gün ömür sürmüş yaponiyalı Jiroemon Kimura olub. Ən çox ömür sürən qadın və planetimizin ən uzunömürlü insanı 117 yaşlı ispaniyalı Mariya Branyas Moreradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.